Azərbaycanın Suriyadakı səfiri və səfirliyin əməkdaşları ölkəni tərk ediblər
7 Avqust 2012 14:04 (UTC+04:00)
Azərbaycanın Suriyadakı səfiri
Mahir Əliyev və səfirliyin əməkdaşları ölkəni tərk
ediblər. APA-nın məlumatına
görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyindən
məlumat verilib. Onun sözlərinə görə, səfir və diplomatik
missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik
amillərini nəzərə alaraq tərk ediblər. Səfirliyin Dəməşqdə
fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.
Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da
ölkəni tərk etdiyi bildirilir. XİN-dən ibldiriblər ki, hazırda
Suriyada Azərbaycan vətəndaşı yoxdur: "Ümidvarıq ki, ölkədə
vəziyyət tezliklə stailləşəcək və Suriyadakı səfirliyimiz öz normal
iş rejimini bərpa edə biləcək".
Qeyd edək ki, hazırda Suriya paytaxtında və ayrı-ayrı şəhərlərdə
müxalifət qüvvələri ilə Bəşər Əsədə tabe olan qoşunlar arasında
qanlı döyüşlər davam edir. Dünən müxalifət Suriya dövlət
televiziyasını partlatmağa nail olub. Suriyanın baş naziri Riyad
Hicab ailəsi ilə birgə ölkədən qaçıb və müxalifətin tərəfinə keçmək
niyyətində olduğunu açıqlayıb.