Vaşinqtonda nəşə çəkmək qanuniləşdi

26 Fevral 2015 12:10 (UTC+04:00)

Bu gündən etibarən Vaşinqtonda marixuana saxlamağı leqallaşdıran qanun qüvvəyə minir.


Movqe.Az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Vaşinqton meri Mariel Bouzer bildirib.


Şəhər rəisi bildirib ki, qanun çərçivəsində hərəkət edirlər.


Merin belə bir qərarı senatorlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta onu həbslə hədələyənlər də olub.


"Mənim Vaşinqtonda işim çoxdur. Bu səbəbdən də həbsə getməyim yaxşı variant deyil", - mer onu hədələyənlərə cavab verib.