“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Binəqədi rayonunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar yürüş keçirilib
26 Fevral 2015 12:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki, fevral ayının
25-də Binəqədi rayonunda "Xocalıya ədalət!" beynəlxalq
təbliğat-təşviqat kampaniyası çərçivəsində "Erməni yalanına işıq
sal" devizi ilə yürüş keçirilib. 1000 nəfərədək sakinin iştirak
etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən
20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış
"Güllə Yağışı" abidəsinin önündən başlamış, Milli Qəhrəmanlar
abidəsinədək davam etmişdir. Yürüşdə rayonun fəal gəncləri,
ziyalıları, ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi
Rayon İcra Hakimiyyətində təcrübə keçən "Asan könüllüləri" də
iştirak etmişdir. Rayon gəncləri Xocalıda soyqırıma məruz qalaraq
dünyasını dəyişən həmvətənlərimizin adları və soyadlarının həkk
olundugu lövhələri öz üzərlərində yürüş boyu daşıyaraq
unutmayacaqlarına simvolizə etmişlər! Tədbir Biləcəri qəsəbəsində
Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə
kompozisiyanın səsləndirilməsi ilə davam etmişdir. Kompozisiyada
"Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası, Heydər
Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun
Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın
təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət!" beynəlxalq
təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx
səsləndirilmişdir. Daha sonra yürüş iştirakçıları hazırladığı
Qətnaməni oxunmuş, Qətnamədə binəqədili gənclər bütün Azərbaycan
gəncliyini "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat
kampaniyasının ətrafında sıx birləşməyə çağırmış və bu kampaniyanın
işığında bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən
Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması
işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğu
vurğulamışlar. Sonda yalnız Xocalıda deyil, ümumilikdə
torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsinə dualar oxunmuşdur. Anım mərasimi gec saatlaradək
sakinlərin Milli Qəhrəmanlar abidəsini ziyarət etməsi və abidənin
önünə şamların düzülməsi ilə yekunlaşmışdır.








