Ermənilər Göyçə gölündə neft axtarırlar

26 Fevral 2015 13:01 (UTC+04:00)

Göyçə gölündə neft axtarışları "Blekterz Enerji Armenia" şirkətinə həvalə oluna bilər. Kəşfiyyat işləri əsasən Ayravank, Tsaxkaşen və Noratus kəndləri ərazisində aparılacaq.


Movqe.Az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Aykakan jamanak" qəzeti məlumat yayıb.


Hazırda şirkətin kəşfiyyat işləri ilə bağlı müraciətinə Ermənistanın Ekologiya Nazirliyində baxılır.


Ermənilər ümid edirlər ki, Qonşu İranda və Azərbaycanda neft olduğu üçün, Göyçədə də qara qızıl tapılması ehtimalı var.