Autizmli uşağın ad günü partisinə xilasetmə qrupu gəldi-VİDEO

26 Fevral 2015 13:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-ın Florida əyalətində yaşayan autizmli Glenn Burattinin anası, oğlu üçün bir ad günü partisi təşkil edib. Glennin bütün sinif yoldaşlarının dəvət edildiyi partiyə, təəssüf ki, kimsə gəlməyib. Bunun üzərinə Glennin anası Ashlee, Facebookdakı bir qrupa, "Bu mövzuda deyinmək axmaqlıq ola bilər amma oğlum üçün çox üzüldüm. Bütün bir sinifi (16 nəfər) oğlumun doğum günü partisinə çağırdıq ancaq kimsə gəlmədi" yazıb.

Ashleenin bu statusu Facebooka yazmasının ardından yaxınlarda oturan 15 uşaq, yanlarında ailələriylə birlikdə Glennin doğum gününü qeyd etmək üçün Buratti ailəsinin evinə gəlib. Ancaq gələnlər yalnız onlar olmayıb, ailənin yaşadığı Osceola qəsəbəsində vəzifəli xilasedicilər və polislər də doğum günündə Glennin yanında olmağa qərar veriblər.

Glenn, doğum günündə xilasetmə kamyonunun və axtarış qurtarma vasitəsinin dadını çıxarıb. Partidən sonra Facebooka, "əminəm ki, qonşularımız pərdələrin arxasından bizi izləyirdilər" yazan Glennin atası, yanlarında olan hər kəsə çox təşəkkür etdiyini bildirib.

Kostyum geyinib xilasetmə vasitəsinə minmə fürsəti tapan Glenn üçün isə unudulmaz bir ad günü partisi olub.