Milyarder prezidentlik eşqinə düşdü

26 Fevral 2015 14:00 (UTC+04:00)

Amerikalı biznesmen və milyarder Donald Tramp 2016-cı ildə ABŞ prezidenti seçkilərində iştirak haqqında ciddi fikirləşdiyini deyir.


Movqe.az xəbər verir ki, bu barəd əTrend Rusiya mətbuatına istinadən xəbər verir.


O, "The Washington Post" qəzetinə müsahibəsində qeyd edib: "Hamıya elə gəlir ki, guya mən bunu əyləncə üçün, yaxud mənim brendimə sərfəlidir deyə edirəm. Amma bu, əyləncə deyil. Mən bunu məmnunluq üçün etmirəm. Ona görə edirəm ki, bizim ölkəmizin ciddi problemləri var".