Stiv Cobsun yaxtası oradan zorla keçdi - VİDEO

26 Fevral 2015 15:20 (UTC+04:00)

Apple korporasiyasının mərhum banisi və sahibi Stiv Cobsun 120 milyon dollarlıq "Venus" superyaxtası Sen-Martin adasının sahillərində olub.

 

Yaxtanın inşası 2012-ci ildə başa çatmışdı və Stiv Cobs çox sevdiyi, həsrətlə gözlədiyi "Venus"la bağlı işlərin başa çatdığını görməmişdi.

 

Yaxta indi Stiv Cobsun dul xanımı Loren Pauellə məxsusdur.

 

Movqe.az xəbər verir ki, Sen-Martindəki Simpson Beydə açılan körpünün arasından zorla keçən superyaxta, belə "kiçik" məkanlar üçün hesablanmadığından olduqca asta, aşağı sürətlə hərəkət edib.

 

Halbuki körpünün eni açılmış vəziyyətdə 17 metr idi.

 

Yaxtanın körpüdən keçdiyi anın videosunu Brayan Maston dron vasitəsilə çəkib.