Manatla bağlı qərara XARİCDƏN DƏSTƏK

26 Fevral 2015 16:00 (UTC+04:00)

Azərbaycan manatının məzənnəsinin dollara nisbətdə ucuzlaşması büdcə və xarici düzəlişlərə yardım edəcək ki, bu da neftin qiymətinin ucuzlaşması fonunda müsbətdir.


Movqe.az-ın məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda deyilir.


Qeyd olunur ki, 2014-2015-ci illərdə rus rublu və türk lirəsinin məzənnələrinin azalması nəticəsində manatın mübadilə məzənnəsinin real səmərəsinin kəskin artması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı üzrə tədbirlərə mənfi təsir edərdi.


Hesabatın müəlliflərinin fikrincə, bu, şərti öhdəliklərin yaranması riski daşıyır, xüsusilə də bank sektorunda: "Hərçənd Azərbaycanın güclü dövlət balansı davamlılığın əhəmiyyətli ehtiyatını təmin edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 37,1 milyard dollar təşkil edir ki, bu da 2014-cü ilin sonuna ÜDM-in 49 faizinə ekvivalent təşkil edir".