Venera haqqında maraqlı faktlar

27 Fevral 2015 09:45 (UTC+04:00)

Venera, əslində, buxarxana effektina malik planetdir və bu da onu həyat üçün yararsız edir.

Planet haqda bir neçə maraqlı faktı diqqətinizə çatdırırıq:

1. Venaranın atmosferi hətta kosmik gəmiləri tez bir vaxtda məhv edir

Orada təzyiq çox yüksək olduğuna görə hətta kosmik gəmiyə mühafizə olunmaq lazım gəlir. Atmosfer sulfat turşusu hissəcikləri ilə karbon 4-oksiddən ibarətdir, bu isə insan üçün təhlükəlidir. Eyni zamanda planetin səthində temperatur Selsi üzrə 470 dərəcədən yuxarıdır. SSRİ-nin "Venera" seriyasından olan kosmik aparatları bir neçə on il əvvəl onun səthinə enməyə cəhd etsə də, iki saatdan artıq davam gətirə bilməyib.

2. Amma atmosferin yuxarı hissələrində şərait müəyyən qədər əlverişlidir

Veneradan bir qədər yüksəkdə nəfəs almaq mümkün deyildir, lakin səthdən təqribən 50 km yuxarıda Yerdəki kimi atmosfer sıxlığını və təzyiqini aşkar etmək olar. NASA-nın ilkin tədqiqatında bildirilir ki, hansısa məqamda biz Veneranı tədqiq etmək üçün hətta dirijabllar da göndərə bilərdik. Və bu fikrin tərəfdarları da güman edirlər ki, bu, əsaslı bir səbəbə görə - Venera Yerə daha yaxındır- Marsı tədqiq etməkdən daha effektivdir.

3. Venera o qədər parlaqdır ki, bəzən səhv olaraq UNO kimi qəbul edilir

Veneranın parlaqlığı -3,8 -4,8-ə qədər ölçüyə malikdir ki, bu da onun səmada ulduzdan daha parlaq görünməsinə səbəb olur. Əslində, bu planet o qədər parlaqdır ki, onun diskində görünən mərhələ dəyişikliklərini müşahidə etmək olar. Buna görə də Venera barədə məlumatı olmayan insanlar onu təyyarə və ya UNO kimi qəbul edə bilər.

4. Veneranın buludu onun səthini görməyə imkan vermir

Əgər Veneraya baxsanız, onun səthini görməyə bilərsiniz, çünki orada bulud o qədər sıxdır ki, səthi görməyə imkan vermir. Amma NASA 1990-cı ildə Veneraya Magellan kosmik aparatı göndərərək bu problemi həll edib. Zond planetin ətrafında dövr edərək radar vasitəsilə onun səthinin tam təsvirini ala bilib.

5. Venerada vulkanlar və təzə lava vardır

Veneranın səthində təzə lava axını müşahidə olunur, bu isə orada son üç milyon ildə oyanmış vulkanların pskürdüyündən xəbər verir. Bu o deməkdir ki, səthdə bir neçə krater vardır ki, lava üzərindən axaraq onları doldurub.

Indi alimləri bunun necə baş verdiyi maraqlandırır.

6. Venera qəribə dövretməyə malikdir

Venera başqa planetlərlə müqayisədə təkcə əks istiqamətdə dövr etməsilə fərqlənmir, o, həmçinin çox ləng dövr edir. Əslində, Günəş ətrafında orbit üzrə dövr etmək üçün planetə 225 gün tələb olunursa, Venera günü 243 gün uzanır. Daha qəribəsi isə odur ki, Venera 1990-cı ildə 2014-cü ilə nisbətən 6,5 dəqiqə ləng dövr edib.

7. Veneranın peyki və ya halqaları yoxdur

Bizim Günəş sistemində peyki və ya halqaları olmayan iki planet vardır: Venera və Merkuri. Qalan bütün planetlərin bu və ya digər, ya da hər iki variantı vardır. Nə üçün? Bu, hələlik alimlər üçün müəmma olaraq qalır, lakin onlar müxtəlif planetlər arasında bu qədər müqayisələr apardıqdan sonra, yəqin ki, tezliklə, nə baş verdiyini anlayacaqlar.