Şəhidimiz torpağa tapşırıldı

26 Fevral 2015 17:30 (UTC+04:00)

Ermənilərin xalqımıza qarşı təxribatı bu gün də davam edir. Azərbaycan ordusu daha bir əsgərini itirib. Movqe.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb. Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Qocayev Cavad Cəlil oğlu mina partlaması nəticəsində dünyasını dəyişib.


Şəhid bu gün doğulduğu Oğuzun Bucaq kəndində dəfn olunub.


Qeyd edək ki, Cavad 15 gün öncə məzuniyyətdən hərbi hissəyə dönüb.

Allah rəhmət eləsin!