"Məcbur olub vanna otağında saçımı qırxdım"

26 Fevral 2015 19:30 (UTC+04:00)

Öz geyim tərzi və saç stili ilə hər zaman publikanın diqqətini cəlb etməyi bacaran Devid Bekhem "Manchester United"də birlikdə çalışdığı Ser Aleks Ferqyussonla bağlı hadisəni yada salıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Bekhem "irokez" kimi tanınan saç düzümünün şotland məşqçi tərəfindən etirazla qarşılandığını bildirib.

"Oyunun başlanmasına 30 dəqiqə qalmış Ser Aleks Ferqyusson bunu gördü və qırxmağımı istədi. İlk öncə etiraz etdim. Amma onun sifəti sürətlə dəyişdi. Məcbur olub vanna otağında saçımı qırxdım. O, çox sərt idi. Bəzi saç düzümlərim, həqiqətən, yaxşı deyildi. Məsələn, topknot (red. Çin stili) pis yaraşmasa da, qaradərililər üçün nəzərdə tutulan saç düzümü (red. sünbül) yaxşı qalmırdı. CAR-a gedib Nelson Mandela ilə görüşməli olduğum üçün zamanı düz seçmədiyimə peşman olmuşdum".