Avropa Liqasının finalına biletlərin satışı başlayıb

26 Fevral 2015 20:15 (UTC+04:00)

Bu gündən etibarən UEFA-nın rəsmi saytı Avropa Liqasının finalına biletlərin online sifarişinə başlayır.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, mayın 27-də Varşavanın "Narodovı" stadionunda baş tutacaq final matçına satılan biletlərin ilk tirajı əcnəbi azarkeşlər üçün nəzərdə tutulub. Kateqoriyasından asılı olaraq, biletlərin qiyməti 40, 65, 90 və 120 avrodur. Online sifariş anketini dolduran hər bir azarkeş ən çoxu 2 bilet ala bilər. Ödəniş yalnız kredit kartı vasitəsilə hayata keçiriləcək. Bunu üçün xidmət haqqı kimi 20 avro da tutulacaq.