Güləşçilərimiz Xocalı faciəsinin qurbanlarını ehtiramla yad edib

26 Fevral 2015 21:00 (UTC+04:00)

Güləş üzrə ölkə yığma komandalarının üzvləri Xocalı faciəsinin qurbanlarını ehtiramla yad edib.Movqe.az  Goal.az-a istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidənin qarşısına gül dəstələri qoyulub, şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə "Xocalıya Ədalət" Kampaniyasına qoşularaq, xüsusi hazırlanmış maykalar geyinərək faicə qurbanlarının xatirəsini yad edib.