Təmsilçilərimiz çıxışlarını davam etdirirlər

26 Fevral 2015 22:00 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran-pri" turnirində 10-cu tur başlayıb. Bu turda Teymur Rəcəbov Aniş Qiri ilə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə Leyner Dominges ilə qarşılaşacaq. Aktivində 7 xalı olan Yevgeni Tomaşevski turnir cədvəlinə başçılıq edir. Rəcəbovun 5, Məmmədyarovun isə 4,5 xalı var.


10-cu tur

Teymur Rəcəbov - Aniş Qiri

Şəhriyar Məmmədyarov - Leyner Dominges

Pyotr Svidler - Aleksandr Qrişuk

Rüstəm Qasımcanov - Baadur Cobava

Maksim Vaşe-Laqrav - Dmitri Yakovenko

Dmitri Andreykin - Yevgeni Tomaşevski