Qoç- münasibətləri aydınlaşdırmaq üçün
düşərli zaman deyil. Karyeranız, işiniz və ya kommersiya
fəaliyyətinizin hansısa formada asılı olduğu insanlarla ehtiyatlı
davranın. Elektron hesablaşmada, yazışmada ehtiyatlı olun. Səhvlərə
yol verməyin.
Günün ikinci yarısında maliyyə problemini ailə üzvləri ilə müzakirə
etməyin. Pulla bağlı dartışma münaqişə yaratmamalıdır. Axşam
saatlarında yeni münasibətlərə başlamayın. Hadisələrə süni təkanlar
verməyin.
|
Buğa- diqqətli və sayıq olun. Rasional
addımlar atın. Yüz ölçün, bir biçin. İrəliyə doğru tələsmədən
hərəkət edin. Heç nədə ifrata varmayın. Estetik səciyyəli məsələlər
sizi çox narahat etməməlidir.
Günün ikinci yarısında rasionunuza fikir versəniz, əhvalınız yaxşı
olacaq. Allergiya, mədə pozuntusu, intoksikasiya riski var. Axşam
saatlarını özünüzə həsr edin.
|
Əkizlər- ötənlərdəki uğursuzluqlar və
şəxsi münasibətlərdəki problemlər əhvalınızı korlamasın. Özünüzü
uğursuz insan saymayın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Səhvlərinizi etiraf edin.
Yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün günün ikinci
yarısında yetərincə vaxtınız olacaq.
Axşam saatlarında yeni tanışlıq istisna deyil. Amma bu təmasların
ömrü uzun olmayacaq. Ötənlərdə sizdə mənfi təəssürat yaratmış
insanla görüş ola bilər.
Təmkinli davranın.
|
Xərçəng- aqressiv, sərt olmayın. Yaxın
ətrafınızdakı insanlar qarşısında ifrat tələblər qoymayın.
Təriflənmək, təqdir olunmaq istəyirsiniz. Belə hisslərə qapılmayın.
Diqqət mərkəzində olmağa can atmayın.
Günün ikinci yarısında həddən artıq enerji və zəhmət tələb edən işə
başlamayın. Belə cəhdlərdə məna və fayda yoxdur. Dəvət aldığınız
yerə axşam saatlarında yollanın. Özünüzü naqolay hiss etməyin.
Axşam saatlarında istirahət etməyə çalışın.
|
Şir- hadisələrə təsir imkanlarına malik
insanların fikri ideallarınızın əksi ola bilər. Xoşagəlməz məqamlar
və mübahisələr var. Fəqət, heç bir halda seçdiyiniz yola şübhə
etməyin. İndiyədək gərgin, qarışıq münasibətlərdə olduğunuz
insanlardan biri yardım üçün müraciət edəcək. Aldanmayın.
Günün ikinci yarısında qonşular və dostlarla mübahisələr yarana
bilər. Ailə üzvləri ilə sərt danışmayın. Heç bir halda
ətrafınızdakı insanlara sərt təzyiq göstərməyə çalışmayın. Belədə
işləri daha da korlaya bilərsiniz.
|
Qız- çoxdan başladığınız işləri bitirmək
üçün uğurlu zamandır. Ötənlərdəki addımlarınızı təhlil edin, yeni
həll variantları və irəliləyiş vasitələrini nəzərdən keçirin.
Maliyyə fonu yaxşı deyil. Sayıq olun.
Yaxşı tanımadığınız insanlara günün ikinci yarısında güvənməyin.
Sizi aldatmağa çalışacaqlar.
Şəxsi münasibətlərdə xatirələr durumu dəyişə bilər. Ötənlərdə var
olmuş bir ünsürün çatışmazlığını hiss edəcəksiniz. İllüziyalara
qapılmayın, məntiqlə hərəkət edin.
|
Tərəzi- ağır, ciddi işlər
planlaşdırmayın. Uzaq yola çıxmayın. Bütün planları həyata keçirmək
mümkün deyil. Mənasız cəhdlər, sadəcə, ifrat yorğunluq vəd edir.
Bütün diqqəti cari işlərə yönəldin, qarşınıza kiçik məqsədlər
qoyun. Başladığınız layihəni qüsursuz yerinə yetirməyə çalışın.
Günün ikinci yarısında əlavə gəlir mənbəyini aşkarlaya bilərsiniz.
Zahiri görünüşünüzün qayğısına qalın. İmicinizi düşünün. Yarımçıq
məsələləri bitirmək üçün axşam saatları sərfəlidir.
Gəzintiyə çıxa bilərsiniz.
|
Əqrəb- baş verənlərə fərqli aspektdən
baxmağa çalışın. Hadisələr arasında ilk baxışdan sezilməyən əlaqə
və ya bağlılığı sezə bilərsiniz. Ciddi olun, həllini tələb edən
problemlərə barmaqarası baxmayın. Diqqəti əsas məsələyə
yönəldin.
Öz maraqlarınızı unudub bütün vaxtınızı başqalarının
çətinliklərinin həllinə sərf etməyin. Şəxsi münasibətlər
kamillikdən uzaqdır. Problemləri həll etməyə başlamasanız,
münasibətlər korlana bilər. Axşam saatlarında normal istirahət
edin.
|
Oxatan- qayğıların, problemlərin,
müşküllərin çox olduğu gündür. Yaddan çıxardığınız və ya təxirə
saldığınız məsələləri həll etməli olacaqsınız. İkinci dərəcəli
məsələləri aktual hesab etməyin. Gümrah olun. Qətiyyətli və iradəli
davranın.
Günün ikinci yarısında xatirələrə qapılmayın. İfrat özünütənqid, ən
kiçik səhvlərin böyüdülərək faciəvi yanlışlıq həddinə çatdırılması
əhvalınızı korlaya bilər. Özünüzü bütün məqamlara görə suçlamayın.
Uğurlarla bahəm, yanlışlıqlar da gərəkli yaşam
təcrübəsidir.
|
Oğlaq- görüldən işlərdən narazılıq hissi
yarana bilər. Yeni yüksəkliklər fəth etmək istəyirsinizsə, sizə
mane olan sədləri aşın. İşlərdə optimal nəticəyə nail olmaq
istəyirsinizsə, kənar təsir altında olmayın. Ruhdan düşməyin.
Durumu real dəyərləndirin, perfeksionizmə qapılmayın. Vasvasılıq
ziyandır.
Günün ikinci yarısında tələsməyin, problemləri tədricən həll edin.
Kiçik detallar, xırdalıqlar sizi sinirləndirməsin.
Axşam saatlarını səmimi ortamda keçirin. Yaxınlarınızla təmaslarda
soyuqqanlı və laqeyd olmayın. Əks təqdirdə cavab reaksiyası ilə
qarşılaşacaqsınız.
|
Dolça- çoxdan bəri həllini tələb edən
problemlərdən biri yenidən gündəmə gələcək. Sədlərlə maneələri
sürətlə aradan qaldırmaq cəhdləri heç bir nəticə verməyəcək.
Durumdan çıxış yolu tapmağa çalışın. Çətinliklər sizi
qorxutmasın.
Günün ikinci yarısında romantik əhval-ruhiyyədə olmayın. Sevdiyiniz
insandan uzaqda olsanız da, onu unutmayın. Nikbin olun, bədbinliyə
qapılmayın.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
|
Balıqlar- günün ilk yarısından etibarən
situasiya gərgin olacaq. Əsla nəzərdə tutulmamış hadisələr baş verə
bilər. Dəstəyə, maddi və mənəvi yardıma ehtiyacınız var. Kimin əsl
dost, kimin də sizdən sui-istifadə etməyə çalışan insan olduğunu
araşdırın. Dostlarla tanışları ayırd edin.
Günün ikinci yarıında alış-veriş zamanı bədxərclik etməyin.
Sərfiyyata fikir verin. Yaşam potensialınızın yüksək olduğu
dövrdür. Bir sıra məsələləri həll etmək olar.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
|