Azərbaycan prezidenti Böyük Britaniyanın baş naziri ilə görüşüb

7 Avqust 2012 16:43 (UTC+04:00)

Londonda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb. AzərTAc-ın verdiyi məlumata görə, prezident İlham Əliyevi baş nazir Devid Kemeron qarşılayıb. 

Azərbaycan prezidenti və Böyük Britaniyanın baş naziri rəsmi foto çəkdiriblər. 
Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıqla Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu əlaqələrin perspektivləri böyükdür. 
Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib. 
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.