İranda hərbi helikopter qəzaya uğrayıb

27 Fevral 2015 11:30 (UTC+04:00)

Helikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.

Ötən gün İranda hərbi helikopter qəzaya uğrayıb.Movqe.az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, helikopterin göyərtəsində 3 nəfər olub, onların hamısı qəza nəticəsində ölüb.

Helikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.

Rəsmi qurumlar qəzanın İranın şimalında tüğyan edən qar boranı səbəbindən baş verdiyini ehtimal edir.