Paytaxta gətirilən yeni-AVRO 5 avtobuslar-FOTOLAR
27 Fevral 2015 11:36 (UTC+04:00)
2015 Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta yeni avtobuslar
gətirilir. Movqe.az-ın xəbərinə görə,
ölkəyə gətirilən avtobuslar artıq Bakı-Qazax yolu boyunca düzülüb.
Onlardan paytaxtda sərnişindaşımada da istifadə ediləcəyi
bildirilir. "Çinar"- Trans MMC-nin direktoru Etibar Manafov
da Movqe.az-a açıqlamasında paytaxta 30-dan çox yeni, Avro-5
standartlarına uyğun avtobusların gətirildiyini, ilk olaraq həmin
avtobusların "88" saylı marşurut xətinə buraxılmasının nəzərdə
tutulduğunu bildirib. E. Manafovun sözlərinə görə, yeni
avtobuslarda sərnişinlərin rahatlığına xidmət edən komfort sistem
var: "Avtobuslar eniş-yoxuşda da tarazlığını saxlaya biləcək.
Avtobuslarda kamera sistemi də var".
