4 balıqçımız Qazaxıstan sərhədçiləri tərəfindən saxlanıldı

27 Fevral 2015 12:10 (UTC+04:00)

Qazaxıstan sərhədçiləri Xəzərdə qeyri-qanuni balıq ovu ilə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlayıblar.

Movqe.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin yaydığı xəbərdə bildirilir.

Dənizin Qazaxıstana aid hissəsində qeyri-qanuni ovla məşğul olan şəxslər qaçmağa cəhd etsələr də,havaya qaldırılan helikopter buna imkan verməyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.