Kiçik qızlarının doğum ləkəsinin eynisini özlərinə döymə olarak etdirən sevimli ana və ata-FOTO

27 Fevral 2015 12:20 (UTC+04:00)

Tanya və Adam Phillips, İngiltərədə Grimsbydə yaşayan evli bir cütlükdür. Hələ 18 aylıq olan Honey-Rae adlı sevimli bir qız uşaqları var. Bu şirin qızın doğuşdan sağ ayağında olan qırmızı doğum izinə ətrafdan gələn baxışlardan indidən narahat olan bu ana və ata, irəlidə Honey-Raenin daha da böyük çətinliklər çəkə biləcəyini düşünərək indidən ona dəstək olmağa başlayıblar.


Movqe.az xəbər verir ki, özünü yalnız hiss etməməsi üçün, Honey-Raenin ayağındakı doğum ləkəsinin eynisini sağ ayaqlarına döymə olaraq etdirən sevimli cütlük "həqiqətən acı dolu bir döymə oldu, olduqca böyük bir döymə olduğu üçün çox zaman aldı, amma çəkdiyimiz ağrının hər saniyəsinə dəyər" deyiblər.


Honey-Rae böyüdüyündə nə qədər çox sevildiyini görüb bu ləkələrdən utanmaq əvəzinə fəxr edəcək.