Şimali Kipr Türk Respublikasında Xocalı soyqırımı müzakirə olunub - FOTO

27 Fevral 2015 14:41 (UTC+04:00)

Şimali Kipr Türk Respublikasının parlamentində Azərbaycan nümayəndə heyəti ilə birlikdə Xocalı soyqırımı müzakirə olunub.Movqe.az xəbər verir ki, müzakirələr Soyqırım Həqiqtələrinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.Müzakirədə çıxış edən QKTC parlamentinin deputatı Zorlu Törə Xocalıda yaşanan qətliamı soyqırım aktı kimi dəyərləndirib.Z.Törə, bu faciənin bəşəriyyət tarixində qara ləkə olduğunu bildirib və dünyanı bu hadisəyə duyarlı olmağa çağırıb.Nümayəndə heyəti spiker Sibel Siberlə da görüşüb, müzakirə aparıblar.Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk qatılıblar.