İstintaq təcridxanasında nikah mərasimi - FOTOLAR
27 Fevral 2015 15:13 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı
istintaq təcridxanasında nikah mərasimi keçirilib. Movqe.az xəbər
verir ki, təcridxanada saxlanılan
Bayramov Rəsul Qəfər oğlu ilə vətəndaş Qədirova Bahar Həsən qızının
müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar xidmət
tərəfindən şərait yaradılıb. 4 saylı
Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi
Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah
mərasimində Penitensiar xidmətin məsul əməkdaşları iştirak
ediblər. Ailə quran məhkumlar
yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

