Bakıda qadından adına yaraşmayan hərəkət

27 Fevral 2015 15:00 (UTC+04:00)

Bakının Nəsimi rayonunda mağazanı qarət edən qadın saxlanılıb.

Movqe.az xəbər verir ki, Əməliyyat Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Məsumə Hümbətova saxlanılıb. O, fevralın 26-da Azadlıq prospektində Bakı şəhər sakini Rüzgar Rzayevə məxsus mağazadan geyim əşyaları oğurlamaqda şübhəli bilinir.

Araşdırmalar zamanı məlum olub ki, Məsumə Hümbətova əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.