İŞİD-ə dəstək verməkdə şübhəli bilinən ABŞ vətəndaşları həbs edilib

27 Fevral 2015 19:00 (UTC+04:00)

İŞİD-in Suriyadakı yaraqlılarına Birləşmiş Ştatlara qarşı mübarizədə dəstək verməkdə ittiham edilən üç nəfər həbs edilib.

Movqe.az Amerkanın Səsi-nə istinadən xəbər verir ki, həbs edilən iki özbək və bir qazaxın işinə Nyu-York şəhərinin federal məhkəmısində baxılır.

Özbəkistanlı iki nəfər çərşənbə günü Nyu-York şəhəri Bruklin mahalının məhkəməsinin hakimi qarşısına çıxarılıb. Nyu-York rəsmiləri üçüncü, qazaxıstanlı şəxsin işi ilə bağlı dinləmənin Floridada keçiriləcəyini bildirib.

Nyu-York şəhəri polis idarəsinin komissarı Villiam Bratton: "Həmin şəxslərdən ikisi Suriyaya getməyə hazırlaşırdı. Onblardan biri Kennedi adına beynəlxalq aeroportda təyyarəyə minərkən həbs edildi. İkinci şəxs isə yola düşməyə hazırlaşırdı. O, Bruklindəki evində həbs edildi. Bu iki nəfərin səfərini təşkil edən və maliyyələşdirən üçüncü şəxs isə Floridanın Cəksonvil şəhərində həbs edilib."

Həbs edilən bu üç adam Bruklində yaşayıb və Birləşmiş Ştatlar vətəndaşlarıdır. Rəsmilərin dediyinə görə, hər üç nəfər sosial mediada etdikləri çıxışlarına görə diqqət çəkiblər. "Onların mesajlarından belə məlum olur ki, əgər onlar ölkəni tərk edə bilməsələr, burada, yerindəcə tapança və pulemyot kimi silahları əldə edib, əsasən polis işçilərinə qarşı olmaqla, hücumlar həyata keçirəcəkdilər." deyə, komissar bildirir.

Şübhəlilərdən biri Birləşmiş Ştatlar prezidenti Barak Obamanı hədələyib. ABŞ rəsmiləri belə hədələri ciddi qəbul edib. Federal Təhqiqat Bürosu radikal qruplar və ayrı-ayrı şəxslərin sosial media vasitəsilə bir-birləri ilə əlaqə saxladıqlarını və mesajlarını dünyaya çatdırdıqlarını deyir. "Biz azsaylı daxili hüquq-mühafizə orqanlarındanıq ki, təhlükəni hiss edən kimi ona dərhal adekvat reaksiya vermək bizim məsuliyyətimizdir."

Bruklin həbsləri Nyu-Yorkun böyük özbək icmasında narahatlıqlar yaradıb. Icma üzvlərindən bəziləri lüzumsuz hədəf olmaqdan qorxmağa başlayıb. Vəkillər radikal qruplar və onlara qulluq edənləri aşkar etmək üçün ABŞ hökumətinin müəyyən üsulları olmalı olduğunu deyirlər. "Əgər ittihamlar deyildiyi kimi olsa, mənim fikrimcə Birləşmiş Ştatlar hökuməti radikallığa meyli olan müsəlman kişiləri saxlamaq üçün başqa yollar axtarmalıdır" deyə, vəkil bildirir.

İŞİD istər Qərb, istərsə də ərəb dövlətlərindən gənc qız və oğlanları öz sıralarına cəlb edir. Hesablamalara görə, nəzarətindəki ərazilərdə baş kəsmək və digər vəhşiliklər törətməkdə məşhur olan İŞİD-ə qoşulmaq üçün artıq Suriya sərhədini 20 mindən çox xarici vətəndaş keçib. Birləşmiş Ştatlar hökuməti İslam Dövlətinin Amerikada güclü təbliğat apardığını danmır.