Bakıda xəstəxanaya hücum edib həkimi döymək istədilər

28 Fevral 2015 11:08 (UTC+04:00)
Suraxanı rayonunda xəstəxanada insident olub.

Movqe.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə fevralın 26-da saat 10:20 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən 22 saylı Təcili Tibbi Yardım Stansiyasında baş verib.

Bakı şəhər sakini, 45-50 yaşlıSevinc Abbasovaxəstəxanaya gətirilib.

TədqiqatçıAzər Soltanovun verdiyi məlumata görə, qadın TTYS-ə gətirilərkən yolda ölüb.

Bundan sonra mərhumun yaxınları xəstəxanaın qapısının şüşələrini sındırıb, həkimləri təhqir edib. Qadının yaxınları həmçinin həkim 1962-ci il təvəllüdlüTofiq Babayevi də döymək istəyib.