Azərbaycanda məktəb direktoru avtomobil qəzasında dünyasını dəyişib

28 Fevral 2015 13:19 (UTC+04:00)
Dünən axşam saat 22:00 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol-qəza hadisəsi baş verib.

Movqe.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 52 yaşlı Ukrayna vətəndaşıYuriyVaiçenkoidarə etdiyi TIR markalı yük maşını ilə yolu keçən piyadanı vurub. Piyada, Kəlbəcər rayon sakiniFirdovsi Əhmədovyerindəcə dünyasını dəyişib.

Sürücünün sözlərinə görə, hadisəyə səbəb ötmə əməliyyatını yerinə yetirən zaman piyadanın anidən nəqliyyat vasitəsinin qarşısına çıxması olub.

Qeyd edək ki, dünyasını dəyişən Firdovsi Əhmədov Kəlbəcər rayon Təhsil Şöbəsinin nəznində fəaliyyət göstərən məktəblərdən birinin direktoru idi.

Faktla bağlı araşdırmalar aparılır.