Apple Watch tanıdılacaq

28 Fevral 2015 14:11 (UTC+04:00)

Texnologiya nəhəngi Apple, 9 Mart tarixində reallaşdıracağı Spring Forward adlı fəaliyyəti üçün dəvətnamələrini payladı.

Movqe.az xəbər verir ki , aylardır maraqla gözlənilən ağıllı saat Apple Watch bu fəaliyyətdə tanıdılacaq. Spring Forward adlı fəaliyyət, 9 Mart tarixində San Franciscoda, Azərbaycan  saatı ilə 22: 00-də reallaşacaq.


Tim çox yaxın zamanda etdiyi şərhlərdə ağıllı saatın ən gec aprel kimi tanıdılacağını söyləmişdi. Applenin ilk olaraq keçdiyimiz Sentyabr ayında iPhone 6 və iPhone 6 Plus modelləri ilə tanıtdığı Apple Watch, dərhal satışa verilməmişdi. Bu yığıncaqda daha çox detal verilməsi gözlənilir.