Amerikada ev oğurlanıb

28 Fevral 2015 16:11 (UTC+04:00)

ABŞ-nın Oreqon ştatında naməlum şəxslər sahəsi 111 kv.m. olan evi oğurlayıblar.

Movqe.az Trend -ə istinadan məlumat verir ki, evin yiyəsi daimi olaraq orada yaşamır və cinayət zamanı o, evdə deyildi.

Evin yox olduğunu görən ev yiyəsi dərhal polisə məlumat verdi. Yerli hüquq-mühafizə orqanlarını evi iki gün sonra 20 kilometr aralıda tapıblar.

Polislərin fikrinə görə, ev domkratlarla qaldırılıb, motorlaşdırılmış platformanın üzərinə qoyularaq aparılıb.