Teymur Kuseba ATGTİ «TİBB» İşçi Qrupunun təşkilati dəstəyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə «Tütünsüz Məkan - Passiv tütünçəkmə ödlürür!» şüarı altında layihəyə start verir.

8 Avqust 2012 11:19 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Tütünsüz məkan" – passiv tütün çəkmənin vurduğu zərərin minimuma endirilməsinə yönəldilmiş layihədir. İlkin mərhələsi cari ilin 1 avqust-15 oktyabr tarixlərində keçiriləcək layihənin məqsədi - Azərbaycanda sağlamlığını qorumaq və sağlam həyat anlayışını aşılamaqdır.

Tütün tək ondan istifadə edənə yox, ətrafdakılara da zərrər verir. Buna passiv tütünçəkmə deyilir. Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatanı dəyişir.

Layihə çərçivəsində: passiv tütün çəkmənin vurduğu zərərini göstərilməsi və minimuma endirilməsi; şəhərimizdə "Tütünsüz məkan" ərazilərinin yaradılması və genişləndirilməsi; gənclərimizə sağlamlıqlarının qeydinə qalmağın vacibliyini və sağlam həyat anlayışının aşılanması – və digər bu kimi işlərin görulməsi planlaşdırılır.

Layihə bütün Bakı şəhərini əhatə edəcək və benefisior qismində tütün çəkməyənlərin bir qismi, əsasən də müəyyən xəstəlikləri olan insanlar, körpələr, hamilə qadınlar çıxış edəcək.