İdmançımız gümüşlə kifayətləndi

2 Mart 2015 17:30 (UTC+04:00)

Misir Ərəb Respublikasının Lüksor şəhərində keçirilən G-2 kateqoriyalı "Luxor Open" beynəlxalq turniri başa çatıb. Goal.az xəbər verir ki, idmançılarımızın da mübarizə apardığı yarışda təmsilçilərimizdən yalnız Radik İsayev fərqlənib. -87 kq çəki dərəcəsində yarışan Avropa çempionu Radik İsaev final döyüşündə Rusiya təmsilçisi Vladislav Larinlə qarşılaşıb. O, həlledici mərhələdə məğlub olaraq gümüş medal qazanıb. Digər idmançılarımız isə qələbə qazana bilməyib.