İtin kirpiyle ölümcül oyunu

8 Avqust 2012 13:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-ın Oklahoma əyalətində üç yaşındakı Bella Mae adındakı it yol kənarında gördüyü oxlu kirpiyle oynamaq istəyib. Buldog cinsindən olan it heç gözləmədiyi anda kirpinin hücumuna uğrayıb.

Kirpinin atdığı 500-ə yaxın oxun hədəfi olan it, köməyə gələn heyvan baxım qrupları tərəfindən xilas edilib.

İngilis Daily Mail qəzetində yer alan xəbərdə bildirilir ki, heyvan klinikasında Bella Maenin sinəsinə, ayaqlarına və üzünə batan oxları təmizləyən baytarlar oxların itin gözünə dəymədiyi üçün onun şanslı olduğunu söyləyiblər.