Teleaparıcıdan Elzanın şeirinə maraqlı reaksiya - VİDEO

3 Mart 2015 13:00 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan şeir yazmaqda davam edir.

Movqe.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı "Xəzər" telekanalının "5/5" verilişində "Oyun" adlı şeirini söyləyib.

E.Seyidcahanın şeirindən sonra aparıcı Zaur Kamal öz təəssüratlarını dilə gətirib: "Siz şeir deyəndə, bilmirəm, camaat niyə gülür? Niyə təbəssüm yaradırsınız? Camaatın üzündə təbəssüm yaradırsızsa, bu, böyük işdir. Amma şeirin axırında hündürlükdə nə çıxdı, onu bilmədim".