Qriqori Karasin: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olacağına ümid edirik”

8 Avqust 2012 14:39 (UTC+04:00)
Rusiya 2012-2013-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olacağına ümid edir.

APA-nın məlumatına görə, bu barədə "Qolos Rossii"yə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib. 

"Bu, öz kökləri, tarixi olan olduqca çətin, mürəkkəb mövzudur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylər ATƏT-in Minsk Qrupunda cəmləşdirilməlidir. Ermənistan və Azərbaycan Rusiyanın MDB çərçivəsində yaxın tərəfdaşlarıdır. Biz həm İrəvan, həm Bakı ilə münasibətlərə yüksək səviyyədə qiymətləndiririk və həqiqətən də hər iki tərəfin Dağlıq Qarabağ məsələsində mövqelərinin yaxınlaşdırılması üçün mümkün olanı edirik".