Astronomlar bildirirlər ki, Yerin ikinci peyki yer ətrafında 789 il dövr edir və o, bununla da Aydan fərqlənir. Onun forması nala bənzəyir və Yerdən Marsa kimi məsafə ilə müqayisə edilən uzaqlıqda yerləşir. Peyk bizim planetə 30 milyon kilometrdən yaxın gələ bilmir, bu isə Aydan 30 dəfə uzaq məsafə deməkdir.
Alimlər bəyan edirlər ki, Yerin ikinci təbii peyki yerətrafı Kruitni asteroididir. Onun səciyyəvi xüsusiyyəti üç planetin-Yer, Mars və Veneranın orbitini kəsməsidir.
Ikinci peykin diametri cəmi beş kilometrdir, bu təbii peyk bizim planetə iki min ildən sonra maksimum yaxın məsafədən keçəcək. Buna baxmayaraq, alimlər Yerin Kruitni asteroidi ilə toqquşacağını gözləmirlər. Peyk planetdən 406385 kilometr məsafədə keçəcək. Bu məqamda peyk Şir bürcündə yerləşəcək. Planetimizin peyki tam görünəcək, lakin ölçüsü o, Yerlə daha çox yaxınlaşan məqamdan 13 faiz kiçik olacaq. Bu zaman toqquşma poqnozlaşdırılmır: Yerin orbiti heç yerdə Kruitninin orbiti ilə kəsişmir, çünki sonuncu başqa orbital səthdə yerləşir və Yer orbitinə 19,8 ° bucaq altında əyilib.
Həmçinin mütəxəssislərin bildirdiyinə görə, 7899 ildən sonra ikinci peykimiz Veneraya çox yaxın məsafədə olacaq və ehtimal olunur ki, Venera onu özünə cəzb edəcək və bununla da biz Kruitnidən məhrum olacağıq.
Yeni peyk Kruitni 1986-cı il oktaybrın 10-da britaniyalı həvəskar astronom Dunkan Ualdron tərəfindən aşkar edilib. Dunkan onu Şmidt teleskopu ilə çəkilmiş fotoşəkildə görüb. 1994-cü ildən 2015-ci ilə kimi bu asteroidin Yerlə illik maksimum yaxınlaşması noyabr ayında baş verir. Böyük ekssentrikliyə (ümumi mərkəzi olmayan) malik olması səbəbindən bu asteroidin orbital sürəti Yerin orbital sürətindən daha çox dəyişir. Buna görə də Yerdəki müşahidəçinin nöqteyi-nəzərindən Yer hesabat sistemi kimi qəbul edilərsə və o, hərəkətsiz hesab edilərsə, onda belə alınar ki, asteroid yox, onun orbiti Günəş ətrafında dövr edir, bu zaman asteroidin özü onun orbitinin dövr etdiyi vaxta bərabər- 364 gün Günəş ətrfında Yerin qabağında nalabənzər trayektoriya cızmağa başlayır.
Kruitni yenidən Yerin yanından 2292-ci ilin iyununda keçəcək. Asteroid Yerlə illik yaxınlaşmalar seriyasını 12,5 mln. km məsafədə yerinə yetirəcək və nəticədə Yer və asteroid arasında orbital enerji ilə cazibə mübadiləsi baş verəcək ki, bu da asteroidin orbitinin dəyişməsinə səbəb olacaq və Kruitni yenidən Yerdən miqrasiya etməyə başlayacaq, amma bu dəfə artıq başqa bir tərəfə- o, Yerdən geridə qalacaq.