Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında emosiyalara qapılmayın. İşlərinizin naminə layiq olmayan adamı tərifləməyn. Səfər və ya ezamiyyətə yollanmaq zərurəti yaranıbsa, yaxşı hazırlaşın. Axşam saatlarında normal istirahət edin. |
![]() İş yerində qayda yaradın, nizama nail olun. İşlərin həddən artıq olması sizdə stress yaratmasın. Hisslərinizi cilovlaya bilməsəniz, bəzi işlər yarımçıq qala bilər. Günün ikinci yarısında yüksək enerji potensialınızdan yararlanaraq irəliləməyə can atın. İstənilən şəraitdə maraqlarınızı təmin edin. |
![]() Günün ikinci yarısıda yaxınlarınız və qohumlarınızın fikirlərini, mövqelərini nəzərə alın. Potensialınızı reallaşdırmağın yeni, fərqli yollarını arayın. Mühüm işlərdən birinin öhdəsindən gələ bilmədiyinizi anlasanız, bacardığınız işi tamamlamağa tələsin. Yaradıcılıq üçün obyekt arayın. Ruhdan düşməyin. |
![]() Günün ikinci yarısında maraqlarla məqsədləri təftiş etmək olar. Sizə təbəddülatlı təsir bağışlayan işlərdə tələsməyin. İntuisiyanız sizi aldatmayacaq. Ən mühüm işi seçib dürüst qərar qəbul edin. Maksimal uğur əldə edə biləcəyiniz sahələri müəyyənləşdirin. Axşam saatlarında normal istirahət etməyə çalışın. |
![]() Şəxsi maraqlarla fəaliyyətinizin tələblərini uyğunlaşdırmağa çalşıın. Günün ikinci yarısında aktiv olun. Hansısa iş alınmazsa, qapını çırpıb getməyin. Axşam saatları sizdən fəhm və şərtlərin sayıq dəyərləndirilməsini tələb edir. Mümkün qədər çox yeni informasiya əldə etməyə can atın. Gün faydalar vəd edir. |
![]() Günün ikinci yarısında resurslarınzı dəqiq qiymətləndirin, az sonra baş verə biləcək hadisələrdən heç olmasa birini təxminləməyə cəhd göstərin. Gəlirləri artırmağın yollarını düşünün. Xırdalıqlara və detallara xüsusi fikir verin. Axşam saatlarında yaxınlarınızla söhbət əsnasında gələcəyi müzakirə edin. Problemlərin həll yollarını birlikdə arayın. |
![]() Dəyər verdiyiniz insanla münasibətlərdə fəaliyyət modelini dəyişmək olar. Günün ikinci yarısında təfərrüatlarını tam müəyyənləşdirmədiyiniz yeniliyə başlamayın. Romantik hisslərdə sizə gərginlik vəd edən sədlər olacaq. Ailə həyatında qarşılıqlı anlaşma olduqca mühüm amildir. Övladınız varsa, ona vaxt ayırmağı unutmayın. |
![]() Xoş gün olsa da, bilavasitə iştirakınızı tələb edən ailə və məişət qayğıları olacaq. Ailə üzvləri, yaxınlarınızla münasibətlərinizi gərginləşdirməyin. Əks təqdirdə səs-küylü mübahisə ola bilər. Axşam saatlarında qonaq getməyin. Vaxtınızı sakit ortamda keçirin. |
![]() Günün ikinci yarısı diqqəti real işə cəmləməyə mane olan gərəksiz illüziyalarla vidalaşmaq üçün yaxşı zamandır. Yeni istiqamətdə ilk addımı atın. Tərəddüd etməyin, amma fəaliyyətin nə cür mənfəət vəd etdiyini də anlamağa çalışın. Axşam saatlarında şəxsi münasibətlərdə xoş anlar olacaq. Dostlarla vaxt keçirin, əylənin. |
![]() Günün ikinci yarısında tələsməyin. Sağlam məntiq, hər şeyi ölçüb-biçmək bacarığı mümkün variantlar arasında ən yaxşısını seçməyə imkan verəcək. Peşəkar fəaliyyət müstəvisində formalaşan çətinlikləri aradan qaldırın. Gəlir şanslarını dəyərləndirin. |
![]() Günün ikinci yarısında heç bir səbəb olmadan mübahisə, münaqişə yaratmayın. Kompromisə meylli olun. İmkanlarınızı yeniləyə biləcək dəyişikliklərə fikir verin. Axşam saatları gərgin dövrdür. Yanlışlığa yol verərək travma, stress riskini artırmayın. |
![]() Yazışma, informasiya axtarışı üçün münasib zamandır. Yaxşı məsləhət ala biləcəksiniz. Günün ikinci yarısında nə qədər çox kiçik iş görsəniz, əhvalınız bir o qədər yaxşı olacaq. Hisslərin yenilənməsi, əyləncə və ya alış-veriş üçün xərclərin artması istisna deyil. Axşam saatlarında səhhətinizin qayğısına qalın. |