Öz paltarlarını özü hazırlayan 5 yaşındakı stilist Mayhem ilə tanışın olun-FOTO-VİDEO

4 Mart 2015 13:20 (UTC+04:00)

Mayhem, hələ 5 yaşındadır. Qaçmağı, yüksək səslə mahnı oxumağı, bütün disney xarakterlərini və qara zeytinli pizzanı çox sevir. Amma ən çox paltar dizayn etməyi və onları tikməyi sevir :)


Movqe.az xəbər verir ki, bütün uşaqların barbi oyuncaqları ilə oynadığı yaşda, Mayhem anasının da köməyi ilə öz pəri nağılını meydana gətirməyi bacarıb. Mayhemin instagram hesabı isə indidən çox populyardır. Sevdiyi disney xarakterlərindən, qırmızı xalça məşhurlarının paltarlarına qədər istədiyi bütün stilləri üzərinə görə hazırlaya bilən Mayhemin böyüdüyündə təyyarə mühəndisliyi kimi bir peşə seçməyəcəyi indidən bəllidir.