Azərbaycanın mobil operatoru "Azercell Telekom" MMC Novruz bayramı ərəfəsində yeni Azercell fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini Azercell fakturasız xətt sisteminə daşıyan abunəçiləri üçün yeni kampaniyaya start verib. Şirkətdən movqe.az-a bildirilib ki, martın 31-dək davam edəcək "Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyası çərçivəsində SimSim nömrəsi aktivləşdirən hər kəs ayda ən azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Lakin, abunəçi nömrədə mövcud "Bizimkilər" tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.