Kuba inqilabının lideri Fidel Kastro ile uzun illər birlikdə yaşayan və ondan bir uşağı olan Natalia Revuelta yaşamını itirib.
Movqe.az xəbər verir ki, Kubanın inqilabçı lideri Fidel Kastro, 89 yaşında həyatını itirən keçmiş sevgilisi Natalia Revuelta ilə 1952-ci ildə tanış olmuş və heç evlənməyən cütlüyün münasibətlərindən bir də uşaqları Alina Fernandez dünyaya gəlmişdi.
Kastro, banka hesabındakı bütün pulunu və qızıllarını verərək inqilabı dəstəkləyən Revueltanın evində inqilabın planlandığı toplantılar edirdi.
Daha sonra Revuelta, münasibətlərinin bitməsinin ardından Kastro ilə çox sıx ünsiyyət qurmasa da Kubada qalmaya və dövlət vəzifələrində çalışmağa davam edib.
Cütlüyün uşaqları Alina Fernandez, sonrakı illərdə atasının
liderliyindəki rejimin ən sərt müxaliflərindən biri olmuş və Kübayı
tərk edərək ABŞ-a qaçmışdır. Fernandez, keçdiyimiz avqust ayında
anasının narahatlığı səbəbiylə Havanaya geri dönmüşdü.