Bakıda keçiriləcək Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı
4 Mart 2015 17:13 (UTC+04:00)
Uşaqlar üçün giriş pulsuz olacaq.
Bakı-2015 Avropa Oyunlarının yarışları, açılış və bağlanış
mərasimlərinə biletlərin qiyməti açıqlandı.
Movqe.Az xəbər verir ki, biletlərin qiyməti yarışın mərhələsi,
keçirilmə və tamaşaçı yerlərinin kateqoriyasından asılı olaraq, 2
manatdan 5 manatadək dəyişəcək.
Bu barədə Avropa Oyunları Əməliyyat komitəsinin press-relizində
deyilir.
Uşaqlar və 16 yaşadək yeniyetmələr yarışa pulsuz, lakin yaşı 18-dən
çox olanlar bilətlə buraxılacaqlar. Həmin şəxsin üzərində şəxsiyyət
vəsiqəsi və bilet olmalıdır.
Yeganə istisna Heydər Əliyev adına Arena və Milli Gimnastika
Arenasındakı yarışlar üçün biletləri əhatə edəcək. Həmin yerlərdə
yarışlara baxmaq istəyən, yaşı 16-ya çatmayan şəxslər 1 manat
ödəməli olacaqlar.
Açılış mərasimində biletlərin qiyməti 20 manatdan, bağlanış
mərasimində isə 10 manatdan başlayacaq. Biletlər 19-21 mart
tarixlərində satışa çıxarılmalıdır.