Alimlər ən qədim insan çənəsinin tapıldığını iddia edirlər

5 Mart 2015 10:05 (UTC+04:00)

Alimlər iddia edirlər ki, efiopiyalı tələbə Chalachew Seyoum tərəfindən tapılmış çənə sümüyü fraqmentinin ən qədim insana məxsus olduğuna inanırlar.Onlar qeyd edirlər ki, 2, 8 milyon il yaşı olan tapıntı indiyədək insana bənzər canlıların ən qədimi hesab edilən primat növündən 400 min il yaşlıdır.

Tədqiqat qrupunun rəhbəri, Nevada Universitetindən professor Brian Villmoare-ın fikrincə tapılmış çənənin sahibi insanın ayaq üstə qalxdığı keçid mərhələnin təmsilçisidir. Ona qədər insana bənzər varlıqlar dörd ətrafları üzərində gəzirdilər.

Bu insana bənzər primatlara aid 3, 2milyon yaşlı sümüklər 1974-cü ildə aşkar edilib.

Beləliklə, Efiopiyada tapılmış çənə sümüyü primatlardan ibtidai insanlara qədər 2 milyon illik boşluğu doldurub.