Murtuz Ələsgərov I Fəxri Xiyabanda torpağa tapşırılıb
8 Avqust 2012 20:31 (UTC+04:00)
Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov
I Fəxri Xiyabanda torpağa tapşırılıb. APA-nın məlumatına görə, dəfn mərasimində Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur
Rəsizadə, müdafiə naziri Səfər Əbiyev, təhsil naziri Misir
Mərdanov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir
Qaralov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, dövlət və
hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak
ediblər.
Qeyd edək ki, Milli Məclisin sabiq spikeri, professor Murtuz
Ələsgərov uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat
edib.