BMT Təhlükəsizlik Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək

6 Mart 2015 12:10 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası bu gün keçiriləcək iclasında Ukraynadakı vəziyyəti müzakirə edəcək. Movqe.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, iclasda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman, BMT baş katibinin insan haqları üzrə löməkçisi İvan Şimonoviç və BMT-nin humanitar yardım proqramının rəhbəri Con Qinqin hesabatla çıxış edəcəyi gözlənilir.