Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin
kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların
təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Movqe.az-a bildiriblər ki, Silahlı
Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı
tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən
sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa
məcbur ediliblər.
Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ
əlindən yüngül yaralanıb