“Hakkaridə öldürülən PKK terrorçuları arasında Ermənistan vətəndaşları da var”
9 Avqust 2012 13:20 (UTC+04:00)
Türkiyədə Çukurca və Şəmdunli
qəsəbələrində PKK terrorçularına qarşı əməliyyat davam
edir. APA-nın məlumatına
görə, Türkiyənin daxili işlər naziri PKK-ya qarşı əməliyyatlarla
bağlı sensasion açıqlamalar verib. Nazir öldürülən PKK
terrorçularının sayının 170-ə çatdığını, onların arasında çoxlu
sayda xarici vətəndaşın olduğunu bildirib. İdris Naim Şahinin
sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında Suriya,
İran, İsrail vətəndaşları ilə yanaşı Ermənistan vətəndaşları da
var. Nazir öldürülən Ermənistan mənşəli terrorçuların sayını
açıqlamayıb.
Qeyd edək ki, Hakkari vilayətində PKK terror təşkilatının 300-dək
üzvü mühasirəyə alınıb. Artıq iki həftəyə yaxındır ki,
terrorçuların zərərsizləşdirilməsi məqsədilə dağlıq ərazidə
əməliyyat keçirilir.