Fətulla Hüseynovun oğlu yol qəzasında dünyasını dəyişib
9 Avqust 2012 14:46 (UTC+04:00)
Suraxanı rayon Polis
İdarəsindən APA-ya verilən
məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Yüksək sürətlə idarə
olunan, 1964-cü il təvəllüdlü Hüseynov Tahir Fətulla oğluna məxsus
"Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə
avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə
dünyasını dəyişib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya
yerləşdirilib.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs "Qara
polkovnik" kimi tanınmış Fətulla Hüseynovun oğludur.
Faktla bağlı araşdırma aparılır.