Naqasakinin bombalanmasından 67 il ötür
9 Avqust 2012 15:16 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
avqustun 9-da Nagasaki şəhərində II Dünya müharibəsinə son qoyan
atom bombalanmasının 67-ci ildönümü qeyd olunur. Naqasaki sakinləri
atom bombasının atıldığı dəqiqələri, 11.02-ni sükutla
qarşılayıblar.
Nagasaki meri Tomihisa Taue 1945-ci ilin bu
günündə ABŞ-ın bombalaması nəticəsində həlak olan 74.000-ə yaxın
insanın xatirəsinə həsr olunmuş anım mərasimində çıxış
edib.
O, bu ilin martında "Fukusima" atom elektrik
stansiyasında partlayış nəticəsində ziyan çəkmiş insanlara da öz
yardımını vəd edib. 8,9 bal gücündə zəlzələdən sonra "Fukusima"
atom elektrik stansiyasının reaktorlarından birinin soyutma sistemi
sıradan çıxmışdı.
Nagasaki meri həmçinin Yaponiya mərkəzi hökumətinə
müraciət edib ki, "cəmiyyəti radioaktivlik qorxusundan azad etmək
üçün yeni enerji siyasətini hədəf götürsün".
Anın mərasimində çıxış edən baş
nazir Yoşihiko Noda isə nüvə silahlarının ləğvinə çağırıb.
Naqasakidən 3 gün əvvəl ABŞ aviasiyası Xirosima
şəhərinə atom bombası atıb, 140 mindən çox adam həlak olub.