Hollandiyalı bir şirkət, gerçəyinə yaxın dad və qoxuya sahib olan "elektron nəşə" istehsal edib. "E-njoint" adı verilən elektron nəşənin, əzələləri boşaltdığı və istifadəçilərə rahatlama hissi verdiyi bildirilib.
Movqe.az xəbər verir ki, Zəhərli maddə və nikotin ehtiva etməyən elektron nəşənin "100% təbii" olduğu və qanuni olaraq satılacağı bildirilib. Hollandiyanın Delft şəhərində olan "E-njoint" adlı şirkət, son illərdə sıx şəkildə istifadə edilməyə başlanan "e-siqaret"dən ilham alıb. Şirkət, tütün zərərlərini və asılılığını azaltmaq məqsədiylə inkişaf etdirilən e-siqareti, nəşə üçün də tətbiq etməyə qərar verib. Keçən il istehsal olunan "e-nəşə", çox olan meyvə dadı səbəbiylə bəyənilməmişdi. Bunun üzərinə E-njoint, Avropa və Amerikadakı firmalarla ortaq bir iş aparıb.
Şirkətdən verilən məlumata görə, laboratoriya işləri sonunda istifadəçilərə, "rahatlama" duyğusu verən bir aroma inkişaf etdirilib. Üstəlik bu aroma, gerçək nəşə dadı və qoxusuna da sahibdir. Şirkət səlahiyyətliləri, "e-nəşə"ni istifadə edənlərin əzələlərində rahatlama olduğu və sevinc hissi yaşadıqlarını ifadə edib. Səlahiyyətlilərə görə, elektron nəşə, qida və içki sənayesində istifadə edilən maddələrdən çıxarılıb. E-njoint şirkəti, elektron nəşənin tamamilə təbii olduğunu, nikotin, qətran və ya zəhərli maddə ehtiva etmədiyini vurğulayıb.
Bu səbəblə tütün məhsullarına tətbiq olunan yaş həddi sərhəddinin, elektron nəşə üçün etibarlı olmayacağını müdafiə edib. Dadı və qoxusuyla istifadə edənlərə, nəşə qəbul etmiş duyğusu verən, "e-nəşə"nin yaxında rəflərdə də yerini alması gözlənilir.