Bu gün şairlərimizə hökm oxunacaq
9 Avqust 2012 15:32 (UTC+04:00)
3 aydan artıqdır ki, İranda
saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə
bu gün hökm oxunacaq. Lent.az-ın məlumatına görə, bu barədə Ans
televiziyasına Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat
verib. Azərbaycanlı şairlərin məhkəmə
dinləmələri 2 gün davam edib. Prosesə Azərbaycanın Təbrizdəki
konsulluğunun nümayəndələri də qatılıb. Razılaşmaya əsasən
F.Hüseynin Kürdəmir rayonunda, Ş.Hacızadənin isə İmişlidə yaşayan
birinci dərəcəli ailə üzvləri də prosesdə iştirak edib.