Bu günə gözlənilən hava şəraiti
9 Avqust 2012 16:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda və Abşeron
yarımadasında avqustun 9-da hava şəraitinin əsasən az buludlu,
yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şərq küləyi
ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti təşkil
edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna,
Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 9-da hava
şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və
gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18,
gündüz 25-30 dərəcə isti olacaq.
Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir, hava
əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi üstünlük təşkil
edəcək.