Türkiyədə 3 nazir istefaya getdi
8 Mart 2015 11:14 (UTC+04:00)
Türkiyədə 3 nazir Konstitusiyanın tələbinə əsasən,
parlament seçkilərinə 3 ay qalmış vəzifədən gedib.
Movqe.az-ın APA-ya istinadən xəbərinə görə, daxili
işlər naziri Əfqan
Ala, ədliyyə
naziri Bəkir
Bozdağ və nəqliyyat, dənizçilik,
kommunikasiya naziri Lütfi
Əlvanvəzifələrindən istefa
veriblər.
Ə.Alanın yerinə DİN-in aparat
rəhbəri Səbahəddin
Öztürk, B. Bozdağın yerinə Ədliyyə
Nazirliyinin aparat rəhbəri Kənan
İpək, L. Əlvanın yerinə isə Nəqliyyat,
Dənizçilik, Kommunikasiya Nazirliyinin aparat
rəhbəri Feridun
Bilgin müvəqqəti olaraq nazir təyin
olunublar.
Qeyd edək ki, Türkiyə Konstitusiyasının 114-cü
maddəsinə əsasən, parlament seçkilərinə 3 ay qalmış daxili işlər,
ədliyyə və nəqliyyat-kommunikasiya nazirləri vəzifədən getməli və
seçkilərdən sonra yeni hökumət qurulana qədər bu vəzifələri bitərəf
dövlət məmurları tutmalıdır.
Türkiyədə iyunun 7-də növbəti parlament seçkiləri
keçiriləcək.